22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Belarus sərhəd pozuntularına görə Polşaya etiraz edib
Tarix: 03-11-2023 20:59 | Bölmə: Karusel

Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Martin Voyçexovski respublika sərhədinin daha bir təyyarə tərəfindən pozulması ilə bağlı kəskin etirazını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə günü Belarus Xarici İşlər Nazirliyinin nümayəndələri məlumat veriblər.
Minsk noyabrın 2-də Polşa təyyarəsinin Belarusun dövlət sərhədini pozduğunu bildirib. Noyabrın 3-də Voytsexovski ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik departamentin bəyanatında deyilir: “Biz bu hadisənin hərtərəfli araşdırılmasını və gələcəkdə oxşar halların qarşısını almaq üçün təsirli tədbirlərin görülməsini tələb etdik.
Belarus tərəfi həmçinin “sərhəd zonasında uçuş əməliyyatlarına səhlənkar münasibətin əsaslı yolverilməzliyini” qeyd edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”ya yazdığı məqalədə qeyd edib ki, Polşanın hərəkətləri və Polşanın Ukraynadakı mövcudluğu Polşa ilə Belarus və Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər