22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskvaya uçan təyyarə nasazlıq səbəbindən Yakutska qayıdıb
Tarix: 03-11-2023 10:10 | Bölmə: Karusel

Rusiya Federasiyası İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İdarəsinin yaydığı məlumata görə, Yakutskdan Moskvaya uçan “Yakutiya Hava Yolları”na məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən uçuş hava limanına qayıdıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hündürlük əldə etdikdən dərhal sonra kokpitdəki sensor avtopilotun düzgün işləmədiyini göstərdi və nəticədə ekipaj Yakutska qayıtmaq qərarına gəldi. Saat 12:17-də (Moskva vaxtı ilə 06:17) Boeing 737 təhlükəsiz eniş edib.
Təyyarədə 124 sərnişin və 5 ekipaj üzvü olub, onlardan heç biri xəsarət almayıb. Sərnişinlərin nə vaxt paytaxta gedə biləcəyi açıqlanmır.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər