22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrail ordusu Qəzzanı mühasirəyə alıb
Tarix: 02-11-2023 23:30 | Bölmə: Karusel

İsrail ordusu Qəzza şəhərinin mühasirəyə alınması əməliyyatını başa çatdırıb, İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Daniel Həqari bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ordu indi “HƏMAS-ın forpostlarına, qərargahlarına, buraxılış məntəqələrinə və infrastruktura hücum edir”.
Həcəri İsrail ordusunun hazırda münaqişə bölgəsində atəşkəs əldə etməyi düşünmədiyini də açıqlayıb.
"Atəşkəs anlayışı indi müzakirə olunmur. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır", - o vurğulayıb. İsrailin baş naziri Benyamin Netanyahu da bundan əvvəl eyni bəyanatla çıxış edib.
Bu arada Fələstin hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları döyüşdə israillilərin 6 tank və iki zirehli maşını itirdiyini bildirib. Əl-Cəzirə-yə istinadən Briqadaların nümayəndəsi də İsrailin şəxsi heyətdəki itkiləri barədə məlumat verib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton və Təl-Əvivin Qəzza zolağında mülki əhali arasında itkilərin sayını minimuma endirmək üçün addımları müzakirə edəcəklərini bildirmişdi.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər