22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Almaniya Ukraynaya daha 25 "Leopard" verəcək
Tarix: 02-11-2023 23:02 | Bölmə: Karusel

Almaniya Ukrayna Silahlı Qüvvələrinə (AFU) daha 25 "Leopard" 1A5 tankı təhvil verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, layihə Danimarka ilə birgə maliyyələşdirilir. Bu, Almaniya hökumətinin saytında dərc edilən yenilənmiş hərbi təchizat siyahısından belə çıxır.
Eyni zamanda, sənəddə qeyd olunur ki, alman hakimiyyəti artıq Kiyevi Primoco ONE yerüstü və kəşfiyyat pilotsuz təyyarələri ilə silahlandırıb, TRML-4D radarları, 12 zirehli transportyor, 32 SatCom peyk rabitə terminalı, 12 MAN TGS yük maşını, 30 min dəst qış geyimləri və digər yardımlar göstərilib.
Siyahıdan belə çıxır ki, Almaniyadan Kiyevə ötürülən "Leopard" 1A5 tanklarının ümumi sayı 115 olacaq.
Bundan əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynaya dəstək hesabına federal büdcə xərclərinin azaldılmasını açıqlamışdı. Almaniyanın yekun büdcəsi noyabrda qəbul edilməlidir.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər