22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrail millisi ev oyunlarını Macarıstanda keçirəcək
Tarix: 31-10-2023 23:03 | Bölmə: Karusel

İsrail millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının qalan ev oyunlarını Macarıstanda keçirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, israillilər təhlükəsizlik baxımından rəqiblərini öz ölkələrində qəbul edə bilməzlər.
UEFA İsrail millisi ilə bağlı qərar qəbul edib. İsraillilər AVRO-2024-ün seçmə mərhələsində Macarıstanda qalan iki oyununu keçirəcək.
Yaxın Şərqdəki çətin vəziyyətə görə İsrail millisi öz meydanında rəqibləri qəbul edə bilmir. UEFA İsrail millisinin ev oyunlarını Macarıstana keçirmək qərarına gəlib.
Noyabrın 15-də İsrail yığması Felçutdakı Puşkaş Ferenç adına Akademiya stadionunda İsveçrə komandasını qəbul edəcək, üç gün sonra isə orada rumınlarla qarşılaşacaq.
İsrail millisinin səfər oyunu noyabrın 12-nə təxirə salınıb.Oktyabrın 15-dən təxirə salınan Kosovo yığması ilə səfər oyunu təxirə salınacaq.
6 görüşdən sonra 11 xal toplayan İsrail yığması I qrupda üçüncü yerdədir.Rumıniya yığması 16 xalla İsveçrədən bir xal az olmaqla birinci yerdədir. Amma Rumıniya və İsveçrə komandaları müvafiq olaraq 8 və 7 oyun keçirib.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər