22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyalı milyarder Fransada saxlanılıb
Tarix: 30-10-2023 23:33 | Bölmə: Karusel

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada nəzarətə götürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Parisin 7-ci rayonundakı evində, eləcə də Sen-Tropedəki villasında axtarışlar aparılıb.
Bu barədə məlumat verən “Le Monde” qəzeti Kuzmiçevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırır.
Milyarder 2022-ci il martın 15-dən Ukraynada baş verənlərlə bağlı Aİ sanksiyaları altındadır. Üstəlik, o, Fransada olarkən sanksiya siyahısına salınıb.
Ölkənin Milli Maliyyə Prokurorluğunun məlumatına görə, Kuzmiçevə qarşı vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən sanksiyaların pozulması şübhələri ilə bağlı istintaq başlayıb.
ABŞ Kuzmiçevi bu il avqustun 11-də sanksiya siyahısına daxil edib.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər