22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrail HƏMAS-la atəşkəsə razı olmayacaq
Tarix: 30-10-2023 22:10 | Bölmə: Karusel

İsrail HƏMAS-la atəşkəsə razı olmayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu deyib.
Dövlət xadiminin sözlərinə görə, atəşkəs çağırışları təslim olmaq çağırışlarıdır. "Bu baş verməyəcək", - Netanyahu brifinq zamanı vurğulayıb.
İsrailin baş naziri, dövlətinin Qəzzada mülki insanları zərərdən qorumağa çalışdığına da diqqət çəkib. Fələstin hərəkatının nümayəndələri onların təhlükəsiz bölgəyə getməsinə icazə vermirlər.
Benyamin Netanyahu istefasının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib ki, onun indi məqsədi HƏMAS ilə müharibədir.
Daha əvvəl İDF sözçüsü mayor Nir Dinar etiraf edib ki, Qəzza zolağında İsrail Müdafiə Qüvvələri mülki şəxsləri Həmas yaraqlılarından ayıra bilmir. Münaqişə qurbanlarının sayı artmaqda davam edir.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər