22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Telegram "Səhər Dağıstan" kanalını bağladı
Tarix: 30-10-2023 21:55 | Bölmə: Karusel

“Səhər Dağıstan” Telegram kanalı bağlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, messencerin təsisçisi Pavel Durovun müvafiq niyyətini açıqlamasından sonra baş verib.
Proqramçının sözlərinə görə, zorakılığa çağıran kanallar Telegram, Google, Apple və bütün sivil dünyanın qaydalarını pozduqlarına görə bloklanacaq.
“Səhər Dağıstan” Telegram kanalı respublikada iğtişaşlara çağıran yazılar dərc edib.
Bazar günü axşam, oktyabrın 29-da Mahaçqala hava limanında iğtişaşlar başlayıb. Təl-Əvivdən uçan təyyarənin gəlişindən narazı olan vətəndaşlar hava limanına soxulublar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu hadisələrdə Kiyev rejiminin əli olduğunu bəyan edib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər