22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moldovada Rusiyanın aparıcı KİV-lərinin saytları bloklanıb
Tarix: 30-10-2023 15:53 | Bölmə: Karusel

Moldovada İnformasiya və Təhlükəsizlik Xidmətinin direktorunun Rusiyanın bir sıra aparıcı KİV-lərinin internet saytlarına girişin bloklanması haqqında əmri dərc edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, elektron rabitə şəbəkələri və xidmətlərinin provayderlərinə icrası məcburi olan göstərişlər olan sənəd göndərilib. Departamentin mətbuat xidmətindən verilən açıqlamada məqsəd “saytların dərhal bloklanmasıdır”.
“TASS”, “İnterfaks”, “Rossiyskaya qazeta” və bir sıra digərlərinin saytları qadağan edilib.
Bundan əlavə, İnformasiya və Təhlükəsizlik Xidmətinin tövsiyəsi ilə Fövqəladə Hallar Komissiyası “Moldovada xarici maraqları təbliğ edən” altı televiziya kanalının lisenziyasının dayandırılması barədə qərar qəbul edib. Bu barədə Moldovanın baş naziri Dorin Recean Telegram kanalında yazıb.
Bir həftə əvvəl bu respublikada Rusiyanın 20 aparıcı telekanalının saytının bloklandığı barədə məlumat yayılmışdı.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər