22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Monako uduzdu və Liqa 1-in lideri olmaq şansını əldən verdi
Tarix: 29-10-2023 21:01 | Bölmə: Karusel

Futbol üzrə Fransa çempionatının 10-cu turu çərçivəsində "Lill" "Monako"nu qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin çıxış etdiyi “Monako” Liqa 1-də birinci yerə qayıtmaq fürsətini əldən verib.Moneqasklar səfərdə “Lill”ə 0:2 hesabı ilə uduzub.
Hər iki qol ilk hissədə vurulub. 32-ci dəqiqədə İvan Kavaleyro, 10 dəqiqə sonra isə Baphode Diakite ikinci qolu qonaqların qapısına göndərib. Fasilədən sonra "Monako" "Lill" qapısı yaxınlığında çoxlu təhlükəli şanslar yaratdı. 90 dəqiqə meydanda olan Aleksandr Qolovin də qol vura bilərdi. Lakin Aleksandrın zərbəsini şimallıların qapıçısı Luka Şevalier dəf etdi.
Nəticədə 2:0 hesabı ilə qalib gələn "Lill" 18 xal toplayıb və dördüncü pilləyə yüksəlib. “Monako” 20 xalla üçüncüdür. "Nitsa" 22 xalla liderdir, 1 xalı az olan "Paris Sen-Gemin" ikinci yerdədir.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər