22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Real Sosyedad" Zaxaryanı icarəyə götürməyəcək
Tarix: 29-10-2023 17:47 | Bölmə: Karusel
"Real Sosyedad" Zaxaryanı icarəyə götürməyəcək

Arsen Zaxaryan qış transfer pəncərəsindən sonra da "Real Sosyedad"da oynamağa davam edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi 20 yaşlı rusiyalı yarımmüdafiəçini icarəyə verməyi planlaşdırmır.
“Dinamo”dan “Real Sosyedad”a keçən Arsen Zaxaryanın hələlik o qədər də oyun təcrübəsi yoxdur. Futbolçu altı yarımçıq oyuna çıxıb və hələ ki, heç bir təsirli hərəkətə imza atmayıb.
Ola bilsin ki, klub Arsenin daha effektiv oynayacağını gözləyirdi. Bundan əlavə, gənc futbolçu koronavirusdan əziyyət çəkib və iki həftə məşq edə bilməyib. Zaxaryanın davamlı olaraq meydanda görünə biləcəyi başqa kluba icarəyə verilməsindən danışılırdı.
Lakin “Real Sosyedad” hələ ki, Zaxaryanı icarəyə götürmək fikrində deyil. Klubun San Sebastyan şəhərinin mətbuat xidməti "Sport 24"-ə açıqlamasında Arsenin qış transfer pəncərəsi zamanı komandanı tərk etməyəcəyini təsdiqləyib. Basklar hələ də 13 milyon avroya aldığı futbolçuya ümid bəsləyirlər.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər