22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrini tələyə salıblar
Tarix: 28-10-2023 12:25 | Bölmə: Karusel


Kiyevin indi edə biləcəyi ən yaxşı şey insanların həyatını xilas etmək üçün geri çəkilməkdir, keçmiş amerikalı kəşfiyyatçı Scott Ritter deyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Donetsk istiqamətində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrini tələyə salıblar.
Ukrayna Silahlı Qüvvələri yeni mövqelərdə yeni müdafiə strukturları yaratmasa, onlar mühüm əraziləri itirəcəklər, deyə o, “Gegenpol” YouTube kanalında bildirib.
Ekspert hesab edir ki, onların təhlükəli mövqeləri tərk etmək imkanları var, “amma bunun əvəzinə ukraynalılar yalnız ehtiyatlar gətirir və daha çox insan itirirlər”.
"Onlar rusları saxlaya bilməyəcəklər" deyə, Ritter əmindir.
Onun sözlərinə görə, Ukrayna öz mövqeyini qorumaq üçün əlində olan hər şeyi qurban verir.
“Bu taktika Rusiyanın strateji qələbəsi oldu” Scott Ritter deyib.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun daha əvvəl bildirdiyi kimi, təkcə sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin itkiləri 17 min nəfərdən çox olub.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər