22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tomskdan havaya qalxan təyyarə problemlərə görə təcili geri qayıdıb
Tarix: 27-10-2023 17:47 | Bölmə: Karusel

Tomsk - Nijnevartovsk - Yekaterinburq reysini həyata keçirən təyyarə uçuş hava limanına qayıtmağa məcbur olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Departamentin məlumatına görə, cümə günü, oktyabrın 27-də yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə 14:00) Rusline aviaşirkətinin təyyarəsi texniki səbəbdən Tomskdakı Kamov hava limanına qayıdıb.
Departamentdən əlavə ediblər ki, Tomsk Nəqliyyat Prokurorluğu reyslərin gecikməsi ilə əlaqədar sərnişinlərin xidmət almaq hüquqlarını qorumaq üçün nəzarət tədbirləri həyata keçirir.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər