22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kokorinin çıxış etdiyi “Aris” Avropa Liqasında “Betis”ə uduzub
Tarix: 26-10-2023 23:54 | Bölmə: Karusel


Kipr "Aris"inin futbolçuları Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniyanın "Betis" klubunun öhdəsindən gələ bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Limassolda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar ilk hissədə qol vura bilməyiblər. Fasilədən sonra ispanlar önə keçib. Bu görüşdə yeganə qolu 74-cü dəqiqədə Axose Peres vurub.
Rusiyalı "Aris"in yarımmüdafiəçisi Aleksandr Kokorin matçın heyətində yer almayıb. O, qasıqdan aldığı zədədən sağalmağa davam edir.
“Betis” 6 xalla C qrupunda liderdir. Kipr komandası dördlüyü üç xalla tamamlayır.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər