22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İstilik elektrik stansiyasında üç qaz qazanı yanıb
Tarix: 26-10-2023 22:35 | Bölmə: Karusel

Moskvanın şimal-qərbində CHES-16-da yanğın baş verib, alov üç qaz qazanını bürüyüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fövqəladə hadisə Xoroşevskaya küçəsi 3-də baş verib, yanğının nədən baş verdiyi məlum deyil. Bütün işçilər binadan təxliyə edilib, qaz təchizatı dayandırılıb, bundan sonra xilasedicilər qalan “mavi” yanacağın sönməsini gözləyiblər.
Qaz kəmərində yaranan dəlik səbəbindən alov sütunu tavana qədər qalxıb və nəticədə dam örtüyünün bir hissəsi dağılıb. Zərər yoxdur.
“Mosenerqo”dan verilən məlumata görə, yanğın söndürülüb və elektrik enerjisinin verilişi kəsilməyib.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər