22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"MiQ-31" Norveç təyyarəsini Rusiya sərhədindən uzaqlaşdırıb
Tarix: 26-10-2023 16:26 | Bölmə: Karusel

Oktyabrın 26-da Norveç patrul təyyarəsi Barents dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, onun şəxsiyyətini müəyyənləşdirmək və pozuntunun qarşısını almaq üçün "MiQ-31" qırıcısı səmaya qaldırılıb.
"Rusiya qırıcısının ekipajı hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinin "R-8A Poseidon" baza patrul təyyarəsi olduğunu müəyyən edib. Rusiya qırıcısı yaxınlaşarkən xarici təyyarə Rusiya Federasiyasının Dövlət Sərhədindən dönüş edib", - Müdafiə Nazirliyi departamentin açıqlamasında deyilir.
Heç bir sərhəd pozuntusunun olmadığı qeyd edilir. "MiQ-31" sağ-salamat öz aerodromuna qayıdıb.
Müdafiə Nazirliyi Rusiya qırıcısının uçuşunun neytral sular üzərində hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunduğunu vurğulayıb.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər