22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rostov-na-Donuda hava hücumundan müdafiə sistemi işə düşüb
Tarix: 24-10-2023 10:14 | Bölmə: Karusel

Rostov-na-Donu sakinləri şəhərin şimalında səmada iki partlayış olduğunu bildiriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qubernator Vasili Qolubev bunun hava hücumundan müdafiə sisteminin işi olduğunu açıqlayıb.
Region rəhbərinin sözlərinə görə, hava hücumundan müdafiə qurğuları saat 08:08-də işə düşüb, onların hədəfləri şimal-qərb müdafiə zonasında, yəni Rostov vilayətindən kənarda olub. O, hansı obyektlərin vurulduğunu dəqiqləşdirməyib.
Ehtimallara görə, söhbət bölgədəki neft anbarına gedən Ukrayna pilotsuz təyyarələrindən gedir.
Bir gün əvvəl hava hücumundan müdafiə sistemi Rostov vilayətində itki və dağıntı olmadan bir neçə hədəfi vurub.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər