22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukraynanın pilotsuz katerləri Krıma yaxınlaşarkən məhv edilib
Tarix: 24-10-2023 09:47 | Bölmə: Karusel

Oktyabrın 24-ü səhər saat 04:00 radələrində Qara dənizin şimal hissəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç pilotsuz kateri aşkar edilərək məhv edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə məlumat verilib.
"Pilotsuz qayıqların aşkar edildiyi ərazi təxribat əleyhinə raket və bomba sistemləri ilə vurulub", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Onlar əlavə ediblər ki, hazırda Sevastopol körfəzinin kənar hissəsində mina və təxribat əleyhinə kompleks tədbirlər həyata keçirilir.
Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev bayır yolda yüksək səslərin gəldiyini bildirmişdi. Onun sözlərinə görə, Qara Dəniz Donanması sualtı təxribat qüvvələrinin və düşmənin aktivlərinin mümkün hücumunu dəf edib.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər