22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya xokkey çempionu Suxanov vəfat edib
Tarix: 23-10-2023 16:52 | Bölmə: Karusel

Moskva "Dinamo"sunun keçmiş xokkeyçisi, komanda ilə birlikdə iki dəfə Rusiya çempionu olmuş Dmitri Suxanov 49 yaşında kəskin ürək çatışmazlığından Moskvada vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində "Dinamo"da da çıxış edən Evgeni Qribko jurnalistlərə paytaxt klubundakı tərəfdaşının ölümü barədə danışıb. O, mənzilində dostunun meyitini aşkar edib.
Suxanov müdafiəçi kimi çıxış edib və demək olar ki, bütün karyerasını “mavi-ağlar”da keçirib. "Dinamo" ilə xokkeyçi Rusiyanın mütləq çempionu (1993), Beynəlxalq Xokkey Liqasının çempionu və Liqa Kubokunun qalibi (1995), qitə Avroliqasının finalçısı (1997) oldu.
Suxanov peşəkar karyerasını 1997-ci ildə başa vursa da, hələ 2011-2012-ci illərdə Moskva həvəskarlar liqalarından birində çıxış edib. O, Rusiçi komandasını da çalışdırıb. Keçmiş xokkeyçinin son illər ürəyində və ayaqlarında problemlər yaranıb. Bir sıra onlayn nəşrlərə görə, ölümün ən çox ehtimal olunan səbəbi infarkt olub.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər