22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Barselona" yenilənmiş "Kamp Nou"nun layihəsini təqdim edib
Tarix: 22-10-2023 19:26 | Bölmə: Karusel


"Barselona" klubu yeni ev stadionu "Kamp Nou"nun dizaynını təqdim edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kataloniya mətbuat xidməti arenanın özünün və onu əhatə edən ərazinin necə dəyişəcəyini göstərən video yayımlayıb.
Hazırda ümumilikdə 100 minə yaxın azarkeş tutumu olan köhnə arena sökülür. “Marca”nın məlumatına görə, stadionun əvvəlki konstruksiyasının tam sökülməsindən sonra yenisinin tikintisinə başlanılacaq.
Yeni "Kamp Nou"-nun tutumu təxminən 104 min tamaşaçı olacaq. Arenanın 2026-cı ildə tam hazır olacağı gözlənilir. Lakin rəsmi tikinti proqnozuna görə, bina 2024-cü ilin noyabrında matçları qəbul edə biləcək.
Stadionunun tam yenidən qurulması ilə əlaqədar olaraq, Barselona indi Montjuicdən doğma meydança kimi istifadə edir.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər