22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Pilotsuz təyyarələr İraqın şimalındakı ABŞ hərbi bazasını vurub
Tarix: 21-10-2023 09:03 | Bölmə: Karusel

İraq Kürdüstanında daha bir Amerika hərbi bazası şiə silahlıları tərəfindən hücuma məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oktyabrın 20-də ABŞ-ın İraq Kürdüstanında yerləşən Hərir hərbi bazasına iki pilotsuz təyyarə ilə hücum edilib. Hücuma görə məsuliyyəti əvvəllər İslam Dövləti (Rusiya Federasiyasında qadağan olunmuş) terror qruplaşmasına qarşı vuruşmuş şiə birləşmələrinin daxil olduğu İraqın İslam Müqaviməti hərəkatı üzərinə götürüb.
Şiə hərbi rəsmiləri hədəflərin vurulduğunu bildiriblər. Bu məsələ ilə bağlı Amerika tərəfdən hələlik heç bir şərh yoxdur. Bundan əvvəl eyni hərəkatın nümayəndələri ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdülər.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər