22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kadırovun keçmiş mətbuat katibi vəfat edib
Tarix: 20-10-2023 15:06 | Bölmə: Karusel

Keçmiş mətbuat katibi, Çeçenistan rəhbəri və hökumətinin informasiya şöbəsinin müdiri Alvi Kərimov 74 yaşında ata-baba kəndi Starye Ataqında dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu vəzifəni 2009-cu ilin martından 2020-ci ilin aprelinə qədər tutub.
Bu illər ərzində bir neçə respublika medalı ilə təltif edilmiş məşhur çeçen jurnalist Rusiyanın aparıcı xəbər agentliklərinin Şimali Qafqaz üzrə müxbiri olub.
Qohumları Alvi Kərimovun xərçəng xəstəliyindən öldüyünü bildiriblər, "Çeçnya seqodnya" xəbər agentliyi xəbər verir.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər