22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya prezidenti idmanın daha geniş vüsət alması ilə bağlı göstəriş verib
Tarix: 19-10-2023 16:20 | Bölmə: Karusel


Permdə “Rusiya idman gücüdür” forumu keçirilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin iştirak edir.
Vladimir Putin sistemli şəkildə idmanla məşğul olan vətəndaşların sayını artırmaq vəzifəsini qoyub. 2030-cu ilə qədər onların sayı ölkə əhalisinin 70%-nə çatmalıdır.
"Kütləvi idmana xüsusi diqqət yetirmək lazımdır. Məqsəd 2030-cu ilə qədər Rusiya vətəndaşlarının 70 faizini sistemli idmana cəlb etməkdir. İdman bütün yaş və sağlamlıq qruplarından olan 93 milyon insanın həyat normasına çevrilməlidir".Rusiya prezidentinin çıxışı “Rossiya 24” telekanalı və “Smotrim” media platformasında canlı yayımlanıb.

Rusiya Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə 69,829 milyon insan sistemli şəkildə idmanla məşğul olub. Bu, 3 yaşdan 79 yaşa qədər olan Rusiya sakinlərinin demək olar ki, 53%-ni təşkil edir.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər