22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tarixdə ilk dəfə Rusiya təyyarəsi Paramuşirə uçdu
Tarix: 19-10-2023 16:10 | Bölmə: Karusel

Tarixdə ilk dəfə Rusiyanın ilk "An-28" təyyarəsi Kuril adasının Şimalında yerləşən Paramuşir adasına (Şimali Kurilsk) uçdu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Saxalin vilayətinin başçısı Valeri Limarenko özünün Telegram kanalında məlumat verib.
"An-28" Severo-Kurilsk yeni uçuş-enmə zolağına endi. Təyyarə Petropavlovsk-Kamçatski istiqamətindən texniki uçuş həyata keçirib.
Təyyarə 16 sərnişini qəbul edə bilir.
Paramuşirdə uçuş-enmə zolağının yaranması Saxalin ilə sərnişin hava nəqliyyatının təşkili ilə bağlı çoxdankı problemi həll etdi. Əvvəllər uçuşlar "Mi-8" helikopteri ilə həyata keçirilirdi.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər