22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyada benzin ucuzlaşmaqda davam edir
Tarix: 18-10-2023 20:49 | Bölmə: Karusel


Rusiyada benzin və dizel yanacağının orta pərakəndə satış qiymətləri artıq üçüncü həftədir ki, ucuzlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rosstat məlumatları sübut edir.
Oktyabrın 10-dan oktyabrın 16-dək olan dövrdə benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 0,29% ucuzlaşıb. Rusiya Federasiyasının 65 subyektində qiymət endirimləri qeydə alınıb.
Oktyabrın 16-na ölkədə benzinin bir litrinin orta qiyməti 55,25 rubl təşkil edib. Aİ-92-nin litrinin qiyməti 50,93 rubl, Aİ-95-in qiyməti 55,63 rubl, Aİ-98-in qiyməti 68,33 rubl təşkil edib.
Həmin dövrdə dizel yanacağının istehlak qiymətləri 0,3% ucuzlaşıb. Oktyabrın 16-na ölkədə dizel yanacağının bir litrinin orta qiyməti 64,39 rubl təşkil edib.
Rosstatın məlumatına görə, oktyabrın 9-dan oktyabrın 15-dək olan həftə ərzində benzin istehsalı əvvəlki həftə ilə müqayisədə 744,1 min tona qədər azalıb. Dizel yanacağının istehsalının həcmi artaraq 1497,1 min tona çatıb.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər