22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Luntovski VTB Arenanın baş direktoru vəzifəsini tərk edib
Tarix: 17-10-2023 21:58 | Bölmə: Karusel

Moskva VTB Arena çoxfunksiyalı idman kompleksinin baş direktoru Andrey Luntovski vəzifəsini tərk edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a adı açıqlanmayan mənbə məlumat verib. Luntovski 2019-cu ildən baş direktor vəzifəsində çalışır.
VTB Arena sökülən "Dinamo" stadionunun yerində tikilib. Kompleks öz damı altında Lev Yaşin adına futbol stadionunu və Arkadi Çernışev adına universal arenanı birləşdirir.
Ötən həftə stadionda Rusiya və Kamerun milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər