22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Maksim Qalkin xarici agent fəaliyyəti qaydalarını pozduğuna görə cərimələnir
Tarix: 17-10-2023 21:35 | Bölmə: Karusel

Şoumen Maksim Qalkinə (Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib) xarici agentin fəaliyyəti ilə bağlı hesabat təqdim edilmədiyinə görə protokol tərtib edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi onu 50 min rubla qədər cərimə gözləyir.
19.34-cü maddənin 2-ci hissəsi (“Xarici agentin fəaliyyətinin pozulması”) ilə Qalkinə qarşı protokol Moskvanın Qolovinski Məhkəməsinə daxil olub. Buna səbəb sənətçinin əcnəbi agentin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə hesabat verməməsi olub.
Protokola baxılma tarixi hələ müəyyən edilməyib. RİA Novosti xəbər verir ki, qanunun bu müddəasına əsasən, komediya aktyorunu 50 min rubla qədər cərimə gözləyir.
Ədliyyə Nazirliyi Qalkini 2022-ci ilin sentyabrında xarici agent funksiyalarını yerinə yetirən şəxslərin reyestrinə daxil edib. İdarənin məlumatına görə, şoumen Ukraynadan maliyyə alarkən siyasi fəaliyyətlə məşğul olub.
2023-cü ilin mayında Qalkin Moskvanın Zamoskvoretski Məhkəməsində Ədliyyə Nazirliyinə qarşı iddia qaldıraraq xarici agent statusunun götürülməsini tələb etdi, lakin hakim iddianı rədd etdi.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər