22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya Elmlər Akademiyasının akademiki, MGMSU-nun prezidenti Nikolay Yuşçuk vəfat edib
Tarix: 17-10-2023 21:24 | Bölmə: Karusel

Rusiya Elmlər Akademiyasının akademiki, A.İ.Evdokimov adına Moskva Dövlət Tibb və Stomatoloji Universitetinin (MGMSU) prezidenti Nikolay Yuşçuk 83 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Universitetin saytında verilən məlumata görə, alim uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Nikolay Yuşçuk 800-dən çox elmi məqalənin müəllifidir, onun rəhbərliyi altında funksional, morfoloji və immunoloji məlumatlar əsasında yoluxucu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, onların patogenezi və xəstəlik terapiyasının təkmilləşdirilməsi üzrə kompleks proqram hazırlanmışdır.
Onun rəhbərliyi ilə 21 doktorluq və 67 namizədlik dissertasiyası müdafiə olunub.
Yuşçuk indiyədək Rusiya Elmlər Akademiyasının Tibb Elmləri Bölməsinin Bürosunun üzvü olub, Səhiyyə Nazirliyinin, Rostrudda və Rusiya Federasiyası İstintaq Komitəsinin ictimai şuralarında işləyib.
Yuşçukla vida mərasimi oktyabrın 20-də saat 09:30-da Kuskovo Kliniki Tibbi Mərkəzində olacaq.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər