22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Srna "Şaxtyor"un baş məşqçi əvəzi təyin edilib
Tarix: 16-10-2023 21:11 | Bölmə: Karusel

Futbol üzrə Xorvatiya millisinin sabiq müdafiəçisi Darijo Srna “Şaxtyor” futbol klubunun baş məşqçisi vəzifəsini müvəqqəti icra edən təyin olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu postda təqaüdçü hollandiyalı Patrik van Liveni əvəzləyib. Qeyd edək ki, xorvatiyalı həm də klubda idman direktoru vəzifəsini tutur.
Srna bir oyunçu kimi pitmenlərin heyətində bütün yarışlarda 536 oyunda iştirak edib, 49 qol vurub və 121 məhsuldar ötürmə verib. Dario Xorvatiya millisində də 134 oyun keçirib və 22 qola imza atıb.
Ukrayna çempionatının doqquz turundan sonra "Şaxtyor" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər