22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Futbolçuların ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb
Tarix: 16-10-2023 16:35 | Bölmə: Karusel

Rusiyanın Qornozavodski şəhər dairəsi üzrə Daxili İşlər Nazirliyi Perm-Ekaterinburq şossesində ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən həftə, oktyabrın 11-də baş verib. İçərisində dörd futbolçunun olduğu "Lada" markalı avtomobil qarşıdan gələn zolağa çıxıb və "Qazel"lə toqquşub. Uralets-TS-in oyunçusu Yevgeni Sitnikov yerindəcə dünyasını dəyişib, arvad və oğlu qalıb.
İdmançılar Kirill Koçetov, Denis Fedorochev və Kirill Mylnikov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“Lada Priora” markalı avtomobilin sürücüsünə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma) ilə cinayət işi başlanıb”, -Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.


Futbolçu Perm-Ekaterinburq magistralında gecə baş verən qəzada dünyasını dəyişib
da oxu
KİV-in məlumatına görə, qəza zamanı avtomobili 23 yaşlı Fedoroçev idarə edib.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər