22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qadınlardan ibarət “Krivbass”ın iki əməkdaşı icazəsiz klubu tərk edib
Tarix: 15-10-2023 22:21 | Bölmə: Karusel

Ukrayna futbolunda növbəti qalmaqal gəlir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xaricdə olarkən “Krivbass” qadın futbol klubunun iki əməkdaşı yoxa çıxıb.
Bir neçə gün əvvəl gənclərin yarımmüdafiəçisi Oleksandr Rosputko "Şaxtyor"dan ayrılıb. Təsdiqlənməmiş məlumatlara görə, 19 yaşlı futbolçu Rusiyaya getməyə qərar verib.
“Krivbass” Qadınlar Çempionlar Liqasında Fransanın “Paris” və İsveçin “Linköpinq” klubları ilə görüşlər keçirib. Hər iki görüşdə Krivoy Roqlu qızlar böyük hesablı məğlubiyyətlə üzləşiblər - 0:4 və 0:3. Üstəlik, komanda itkilərlə üzləşib. "Çempionat.com" xəbər verir ki, güclü cinsin iki nümayəndəsi – fotoqraf Roman Medvedev və SMM mütəxəssisi Roman Lopatin “Krivbass”ın yerini icazəsiz tərk ediblər.
“Krivbass” hələ iki heyət nümayəndəsinin harada olduğunu bilmir. Klub polis, sərhəd xidməti, Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlayıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər