22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Criştiano Ronaldo dünyanın ən çox maaş alan futbolçusudur
Tarix: 13-10-2023 23:05 | Bölmə: Karusel


“Forbes” jurnalı dünyanın ən çox maaş alan futbolçularının siyahısını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, birinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo qərarlaşıb.
"Forbes"in versiyasına görə, dünyanın ən çox qazanan futbolçuları siyahısına Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı fransalı Kilian Mbappeni birinci yerdən kənarlaşdırıb.
38 yaşlı Kriştianu Ronaldonun illik gəliri 200 milyon dollardır. Reklam müqavilələri "Əl-Nasr"ın hücumçusuna 60 milyon qazandırıb. İkinci yerdə 2023-cü ildə 135 milyon avro qazanan argentinalı Lionel Messi (“İnter Mayami”), üçüncü yerdə isə braziliyalı Neymar (“Əl-Hilal”) qərarlaşıb – 112 milyon. "Paris Saint-Germain"-in keçmiş lideri Kilian Mbappe 110 milyon gəlirlə dördüncü yerdədir.
İlk onluqda olanlar: Kərim Benzema (Fransa, Əl-İttihad) – 106 milyon, Erlinq Haaland (Norveç, Mançester Siti) – 58 milyon, Məhəmməd Salah (Misir, Liverpul) – 53 milyon, Sadio Mane (Seneqal, Əl-Nəsr) yer alıb. ) - 52 milyon, Kevin De Bruyne (Belçika, Mançester Siti) - 39 milyon, Harri Keyn (İngiltərə, Bayern) - 36 milyon.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər