22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Livanda jurnalistlər İsrail tərəfindən atəşə tutulub
Tarix: 13-10-2023 21:06 | Bölmə: Karusel

Livanda İsrail hərbi sursatlarının mətbuat nümayəndələrini daşıyan avtomobilə dəyməsi nəticəsində 4 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, cümə günü Livanın Alma-eş-Şaab kəndi yaxınlığında jurnalistlərin olduğu avtomobil İsrail hərbçiləri tərəfindən atəşə tutulub. Hadisə yerindən çəkildiyi iddia edilən görüntülər internetdə yayılır. Onların fikrincə, avtomobil yanaraq yararsız hala düşüb.
İlkin məlumatlara görə, “Reuters”in fotoqrafı həlak olub, daha üç jurnalist, o cümlədən “Əl-Cəzirə” telekanalının müxbiri və operatoru yaralanıb.
Daha əvvəl bildirilmişdi ki, oktyabrın 13-də İsrail sərhədində Hanita icması yaxınlığında hasar uçurulduqdan sonra İDF Livan ərazilərini atəşə tutub.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər