22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Nepomnyaççi Rusiya - Kamerun matçında simvolik zərbə vuracaq
Tarix: 11-10-2023 21:06 | Bölmə: Karusel

Kamerun millisinin sabiq baş məşqçisi Valeri Nepomniaççi Rusiya və Kamerun yığmaları arasında yoldaşlıq görüşündə topa simvolik ilk zərbəni vuracaq.
"Nepomniaççi Rusiya-Kamerun matçında ilk topu vuracaq", - RFU rabitə xidmətindən RİA Novosti-yə bildiriblər.
Nepomniaççi 1988-1990-cı illərdə Kamerun millisini çalışdırıb. Onun rəhbərliyi altında “Aslanlar” 1990-cı il dünya çempionatında 1/4 finala yüksəlib.
Xatırladaq ki, görüş oktyabrın 12-də, cümə axşamı baş tutacaq və yerli vaxtla saat 19:00-da Moskvanın Lev Yaşin adına "Dinamo" stadionunun meydançasında baş tutacaq.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər