22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsraildə dörd rus ölüb, altısı itkin düşüb
Tarix: 10-10-2023 21:57 | Bölmə: Karusel

İsraildə HƏMAS-ın hücumları nəticəsində 4 rus ölüb, 6-sı hələ də itkin düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfirliyindən məlumat verilib.
“Təəssüflə bildiririk ki, İsrail tərəfinin yenilənmiş məlumatlarına əsasən, oktyabrın 10-da Moskva vaxtı ilə saat 17:00-a olan məlumata görə, İsrail vətəndaşlığı olan 4 Rusiya Federasiyasının vətəndaşı həlak olanlar siyahısındadır”, - səfirliyin mətbuat xidmətindən bildirilib. Bu barədə TASS-a xidmət məlumat yayıb.
Rusiya missiyası İsraildəki qohumlarının yerini müəyyən etməyə çalışan həmvətənlərdən sorğular alır. Səfirliyin konsulluq şöbəsi onlar üçün əlavə qaynar xətt açıb.
Bundan əvvəl Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində iki rusiyalının həlak olduğu, dördünün itkin düşdüyü bildirilmişdi.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər