22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mourinyo Səudiyyə Ərəbistanında işləmək haqqında: "Mən orada işləyəcəm"
Tarix: 07-10-2023 21:57 | Bölmə: Karusel

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo paytaxt klubundan ayrıldıqdan sonra məşqçilik karyerası ilə bağlı planlarından danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı kluba Səudiyyə Ərəbistanından rəhbərlik edə biləcəyini istisna etməyib.
"Boş vaxtım olanda Səudiyyə Ərəbistanına gedəcəm. Amma orada işləyəcəyimə əminəm" -"Reuters" onun sözlərindən sitat gətirir: "Bunun nə vaxt olacağını bilmirəm, amma heç bir şübhəm yoxdur, bunu mütləq edəcəm”.
"Səudiyyə Ərəbistanında qapılar mənim üçün açıqdır və orada hadisələrin necə inkişaf etdiyini hiss etmək istəyirəm. Oraya ilk gələn Kriştiano oldu və dərhal mənə baş verənlərə fərqli baxış bucağı verdi. Oyunçular orada hər şeyin həqiqətən dəyişdiyini başa düşdülər".
Xatırladaq ki, ötən yay Səudiyyə Ərəbistanı Mourinyonun xidmətlərinə maraq göstərmişdi. Lakin portuqaliyalı 60 yaşlı çalışdırıcı ona böyük məbləğ təklif edilən bu işdən imtina edib.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər