22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"MiQ" "Poseydon"u Rusiya sərhədindən uzaqlaşdırdı
Tarix: 06-10-2023 20:29 | Bölmə: Karusel

Rusiya Federasiyasının Müdafiə Nazirliyi oktyabrın 6-da Norveç dənizi üzərində hava hədəfinin - ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A "Poseidon" baza patrul təyyarəsinin aşkar edildiyini bildirib.
Amerika təyyarəsi Rusiya dövlət sərhədinə doğru gedirdi, ona görə də onun pozulmasının qarşısını almaq üçün Şimal Donanmasından növbətçi hava hücumundan müdafiə qırıcısı havaya qaldırılıb.
Rusiya təyyarəsinin ekipajı "Poseidon"-u aşkar edib, bundan sonra Amerika patrulu arxaya dönüb dövlət sərhədindən uzaqlaşıb. Rusiya Silahlı Qüvvələrinin quru və hava qüvvələrinin səriştəli və peşəkar hərəkətləri səbəbindən pozuntuya yol verilməyib.
Müdafiə Nazirliyi bildirir ki, "MiQ-31" ekipajı neytral sular üzərində hava məkanından istifadə üzrə beynəlxalq qaydaları pozmadan tapşırığı yerinə yetirib. Rus qırıcısı mülki hava yollarını keçmədi və "Poseydon"a yaxınlaşmadı.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər