Bütün xəbərlər
Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi
Tarix: 02-10-2023 23:21 | Bölmə: Karusel

                      turkiye-metsamor-atom-elektrik-stansiyasinin-baglanmasini-teleb-etdi


Türkiyə 16 kilometr uzaqlıqda yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Türkiyə buna səbəb kimi stansiyanın istismar müddətinin bitdiyi üçün risk yaratmasını göstərib.
Məsələ ilə bağlı Türkiyədə vətəndaşlar parlamentə şikayətlər ünvanlayıb.
Stansiyanın sağlamlıqla bağlı mənfi təsirləri və Iğdırda meydana gələ biləcək radiasiyası fövqəladə hal kimi müəyyən edilib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər