Bütün xəbərlər
Ankarada terror aktı: hadisəni törədənlərdən biri PKK üzvü olub
Tarix: 01-10-2023 23:57 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə paytaxtında terror aktını törədənlərdən biri Kürdüstan Fəhlə Partiyasının üzvüdür. İdarədən onu da əlavə ediblər ki, hadisə yerindən 9,7 kiloqram "S-4" partlayıcısı, üç qumbara, bir qumbaraatan, səsboğuculu tapança və iki avtomat aşkar edilib.
TASS agentliyi yazır ki, ikinci cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, Ankarada partlayış oktyabrın 1-də baş verib. İki terrorçu oğurlanmış avtomobillə Daxili İşlər Nazirliyinin binasının darvazalarına yaxınlaşıblar. Terrorçu-kamikadzelərdən biri təhlükəsizlik məntəqəsi yaxınlığında özünü partladıb, ikincisi isə partlayıcını işə sala bilməyib. Polis terrorçunu zərərsizləşdirib.
Hüquq-mühafizə orqanlarının iki əməkdaşı yüngül xəsarət alıb.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər