Bütün xəbərlər
"Lokomotiv"in futbolçusu ÇSKA ilə oyun zamanı huşunu itirib
Tarix: 01-10-2023 23:52 | Bölmə: Karusel

Qadınlar arasında futbol üzrə Rusiya çempionatının paytaxtın ÇSKA və “Lokomotiv” klubları arasında keçirilən görüşü demək olar ki, faciə ilə başa çatdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Jeleznodorojniki"nin yarımmüdafiəçisi Polina Yuklyaeva oyun zamanı huşunu itirib.
19 yaşlı futbolçu ikinci hissədə əvəzlənib. 57-ci dəqiqədə o, rəqibi ilə toqquşub və başından zərbə alıb. Yuklyayeva təcili yardım maşını ilə aparılıb.
Daha sonra “qırmızı-yaşıllar”ın mətbuat xidməti Polinanın özünə gəldiyini və növbəti müayinəyə hazırlaşdığını bildirib.
"Lokomotiv" - ÇSKA matçı 2:1 hesabı ilə ordu komandasının xeyrinə başa çatıb. 21 turdan sonra "qırmızı-göylər" 60 xalla çempionat cədvəlinə başçılıq edir. “Dəmiryolçular” 47 xalla üçüncü pillədə qərarlaşıb.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib