15:37 / 06-12-2023
Bıçaqla polisə hücum edib
Bütün xəbərlər
İsveç rusiyalı gənc futbolçuları Avropa çempionatına buraxmaq niyyətində deyil
Tarix: 27-09-2023 22:34 | Bölmə: Karusel


UEFA yaşı 17-dən aşağı olan rusiyalı futbolçuların beynəlxalq turnirlərdə iştirakına icazə verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin heç də bütün Avropa ölkələri bu qərarı icra etməyə hazırlaşmır.
2024-cü ildə 17 yaşadək qızlar arasında Avropa çempionatına ev sahibliyi edəcək İsveç rusiyalıları turnirə buraxmaq istəmir. Bu barədə İsveç Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 5-dən 8-dək İsveçdə qızlar arasında Avropa çempionatı keçiriləcək. Seçmə mərhələ oyunları oktyabrda başlayacaq. UEFA rusiyalı qızların püşkatma mərasimindən sonra yarışa buraxılmasını əmr edib. Qızlarımız Rusiyadan kənarda və neytral statusda çıxış etməli idilər.
Amma İsveç final mərhələsinə yüksələcəyi təqdirdə Rusiya yığmasını qəbul etmək fikrində deyil. Ev sahibi tərəfin bu mövqeyi UEFA-nın qərarına ziddir. Turnirin başqa ölkəyə köçürülməsi ehtimalı var.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib