Bütün xəbərlər
DXR-də komendant saatı tətbiq edilib
Tarix: 24-09-2023 23:17 | Bölmə: Karusel

Donetsk Xalq Respublikasında poçta, internetdəki mesajlara və telefon danışıqlarına hərbi senzura, habelə komendant saatı tətbiq edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Region rəhbəri Denis Puşilinin müvafiq sərəncamı bu gün öz saytında dərc olunub.
Vətəndaşların iş günləri axşam saat 23-dən səhər saat 4-ə kimi küçəyə çıxması qadağan edilib. Eyni zamanda, məhdudiyyətlər rəsmi polis avtomobilləri, Federal Təhlükəsizlik Xidməti və ya xüsusi buraxılışlı avtomobillərə şamil edilmir. Həmçinin, qadağanın dayandırılması yolverilməz olan qurumların vəzifəli şəxsləri və əməkdaşlarına şamil edilmir. Bundan başqa, respublikada mitinqlər, nümayişlər, kütləvi tədbirlər keçirilə bilməz.
Bundan əvvəl Denis Puşilin Donetsk Xalq Respublikasının Xalq Şurasının iclasında regionun rəhbəri seçilib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib