Bütün xəbərlər
Ukraynaya məxsus pilotsuz uçan aparat Bryansk vilayəti üzərində zərərsizləşdirilib
Tarix: 19-09-2023 15:28 | Bölmə: Karusel


Çərşənbə axşamı səhər Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiya ərazisindəki hədəflərə hücum etməyə cəhd edib və Bryansk vilayətində zərərsizləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında təyyarə tipli PUA-nın Suzemski rayonunda məhv edildiyinə aydınlıq gətirib. Tələfat və dağıntı yoxdur.
Çərşənbə axşamı səhər saatlarında bölgə rəhbəri Ukrayna Silahlı Qüvvələrinin Suzemka kəndini atəşə tutması barədə də məlumat verib. Tələfat olmasa da, üç fərdi yaşayış evi, bir qeyri-yaşayış binası və bir avtomobilə ziyan dəyib.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər