20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Şevçenko Qrasso ilə döyüşdə UFC titulunu qaytara bilməyib
Tarix: 17-09-2023 23:29 | Bölmə: Karusel


Las-Veqasda meksikalı Alexa Qrasso ilə Qırğızıstan təmsilçisi Valentina Şevçenko arasında yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının çempionu adı uğrunda döyüş baş tutub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, döyüş heç-heçə başa çatıb.
Hakimlərdən biri qələbəni Şevçenkoya verib - 48:47, ikincisi Qrassonun qalib gəldiyini hesab edib (48:47). Üçüncü hakim heç-heçə qeydə aldı - 47:47.
Beləliklə, kəmərin hazırkı sahibi çempionluq titulunu qoruyub. Meksikalı üçün uduzmamaq kifayət idi.
Xatırladaq ki, Şevçenko 2018-ci ilin dekabrından 2023-cü ilin martına qədər UFC yüngül çəkidə çempion titulunu saxlayıb. Martın 4-də o, Qrassoya uduzdu və kəməri itirdi.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər