Bütün xəbərlər
Xoxlov "Soçi"nin baş məşqçisi vəzifəsindən istefa verib
Tarix: 17-09-2023 22:21 | Bölmə: Karusel

Dmitri Xoxlov artıq "Soçi"ni çalışdırmayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qara dəniz komandasının rəhbərliyi baş məşqçini istefaya göndərib.
"Soçi" komandasının rəsmi saytının məlumatına görə, 47 yaşlı mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam veriləcək. Yeni baş məşqçi vəzifəsinə Aleksandr Toçilin təyin olunub.
Bir gün əvvəl soçililər "Spartak"a 0:1 hesabı ilə yenilib. Qara dəniz komandası səkkiz oyundan sonra altı xalla Rusiya çempionatının turnir cədvəlində 12-ci yerdədir.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər