15:37 / 06-12-2023
Bıçaqla polisə hücum edib
Bütün xəbərlər
Baş prokuror Kamran Əliyev İqtisad Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb
Tarix: 15-09-2023 22:54 | Bölmə: Karusel

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İƏT-in məsul şəxsləri ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Baş prokurorla nümayəndə heyətinin rəhbəri – baş katibin müavini, səfir Jandos Asanov arasında baş tutan görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Jandos Asanov təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etdiyini və daim təşkilatın işinə öz töhfəsini verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, təşkilat üzvləri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Sabaha-inamla.az







Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib