Bütün xəbərlər
"Arsenal"ı Stanislav Çerçesov gücləndirdi
Tarix: 14-09-2023 23:54 | Bölmə: Karusel


Tulanın "Arsenal" futbol klubunun mətbuat xidməti Rusiya millisinin keçmiş baş məşqçisinin oğlu Stanislav Çerçesovun komandaya keçidini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Tula komandası ilə müqavilə imzalayıb, təfərrüatları açıqlanmır.
"Stanislavı salamlayırıq və ona uğurlar arzulayırıq!", - "Arsenal"ın açıqlamasında deyilir.
Stanislav Çerçesovun oğlu Avstriyada futbol təhsili alıb. Rusiyada kiçik Çerçesov “Amkar”, Moskva “Dinamo”, “Çernomorets”, “Olimp-Dolqoprudnı”, “Baltika” və “Ximki” klublarında çıxış edib.
Xatırladaq ki, “Arsenal” Birinci Liqada çıxış edir. Doqquz turdan sonra Tula komandası on xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər