14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Slutski jurnalisti təhqir etdiyinə görə bir il futboldan uzaqlaşdırılıb
Tarix: 14-09-2023 23:27 | Bölmə: Karusel


Rusiya Futbol İttifaqının (RFU) Etika Komitəsi Rusiya milli komandasının keçmiş baş məşqçisi Leonid Slutskini cərimələyərək futbolla bağlı hər hansı fəaliyyətdən uzaqlaşdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu qərar cümə axşamı, sentyabrın 14-də RFU Etika Komitəsinin iclasında qəbul edilib. Buna səbəb Slutskinin jurnalisti təhqir etməsi olub.
Avqustun ortalarında “Lokomotiv”in hücumçusu Artem Dzyuba jurnalistin təxribatçı sualına cavab olaraq, ona bir daha belə bir sualla yaxınlaşacağı təqdirdə “telefonunu bir yerə qoyacağını” vəd etmişdi.
Buna görə RFU Nəzarət və İntizam Komitəsi Artemi iki oyunluq cəzalandırıb.
Youtube şousunda Dzyuba və jurnalistlə baş verən insidenti şərh edən Slutski media nümayəndəsini “19 yaşlı axmaq” adlandırıb.
"RFU Etika Komitəsi belə qənaətə gəldi ki, Leonid Slutskinin davranışı RFU Etika Qaydalarının 8-ci maddəsinin tələblərinə uyğun deyil" -RFU Etika Komitəsinin sədri Andrey Stukalov deyib.
Rusiya millisinin Moskvanın ÇSKA və Kazan “Rubin”inin sabiq çalışdırıcısı da 100 min rubl cərimə ödəməli olacaq.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər