Bütün xəbərlər
Qadınların Millətlər Liqasının oyununa Rusiyadan olan hakimlər təyin olunub
Tarix: 11-09-2023 23:33 | Bölmə: Karusel


Avropa Futbol Assosiasiyaları İttifaqı UEFA Millətlər Liqasının qadınlar arasında keçiriləcək oyunları üçün hakim təyinatlarının siyahısını açıqlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, arbitrlər sırasına ruslar da daxil edilib.
Söhbət Vera Opeykinanın rəhbərlik etdiyi hakimlər briqadasından gedir. O, sentyabrın 26-da keçiriləcək Ermənistan - Qazaxıstan matçını idarə edəcək. Onun köməkçiləri Yekaterina Kuroçkina, Yelena Sobçuk və Nadejda Qorinova olacaq.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər