Bütün xəbərlər
Nigeriyada bərə qəzası nəticəsində 26 nəfər ölüb
Tarix: 10-09-2023 23:42 | Bölmə: Karusel

Nigeriyada baş verən qəzada azı 26 nəfər ölüb, 44-dən çox insan itkin düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Niger əyalətində içərisində 100-dən çox sərnişinin olduğu bərə su anbarının üzərinə aşıb. Bu, son rübdə su anbarında baş verən ikinci böyük qəzadır.
Bundan əvvəl Nigeriyada 100-dən çox insan həlak olmuşdu: iyul ayında eyni ştatda həddindən artıq yüklənmiş gəmi çevrilmişdi.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər